Merhaba dünya!
⊆ Şubat 8th, 2009 by admin | ˜ 1 Comment »WordPress’e hoş geldiniz. Bu sizin ilk yazınız. Bu yazıyı düzenleyin ya da silin. Sonra blog dünyasına adım atın!
WordPress’e hoş geldiniz. Bu sizin ilk yazınız. Bu yazıyı düzenleyin ya da silin. Sonra blog dünyasına adım atın!
WordPress’e hoş geldiniz. Bu sizin ilk yazınız. Bu yazıyı düzenleyin ya da silin. Sonra blog dünyasına adım atın!
Bilməzsən,səni gözləyən-bu günündə,
Səhərində nələrin var,
Irəliyə,geriyə tələ qurulub.
Səni ağladacaq tələ
Gülə-gülə qurulub.
Hər anına,saatına,
Sağına dönməyinə,
Soluna baxmağına –tələ,
Yoluna çıxmağına-tələ,
Ömrünə,gününə -tələ,
Bu ev necə oldu bəs ikimizin,
Səni ki içində görə bilmirəm.
Heç mən də içində yoxam əzizim,
Özüm öz evimə girə bilmirəm.
Keçir gecə keçir gün qatar-qatar,
Məni buraxmayan o evə kimdir?
Xəstə sağaltmağa həkim can atar,
Məni öldürənin özü həkimdir.
İtalyanların
“Yeni İl” qabağı
atıb təzələdiyi
köhnə ev əşyaları kimi
atacağam Səni
gərəksiz bir əşya kimi
köhnəldiyin içimdən!..
“Yeni İl” də yaxınlaşır..
***
Yenə gec gəlmisən, ayaqlarında
Görəsən kimlərin sevgisi gəlib?!
Kövrək baxışında, dodaqlarında
Hansı nazlınınsa həsrəti gəlib.
Yenə gec gəlmisən, yenə tələsik
Yenə də bəhanə axtarır dilin.
Kimisə tək qoyub gəldiyi üçün
Yəqin ki, xəcalət çəkir gözlərin.
Dara düşüb, talan olub yurdumuz,
Köpəklərdən üzr istəyir qurdumuz,
Səbr ilə silahlanıb ordumuz,
Utanmasan oynamağa nə var ki?
Meşə bizim, dərə bizim, dağ bizim,
Bağça bizim, bərə bizim bağ bizim,
Həsrət çəkib, qan ağlayır Təbrizim,
Utanmasan oynamağa nə var ki?
Xocalıda günəş batdı bir səhər,
Şuşa, Laçın, Xankənd olub dərbədər,
Qubadlıdan nigarandı Kəlbəcər,
Utanmasan oynamağa nə var ki?
“Çərxin tərsinə dönsün, ay belə dünya, ay belə zaman!”
Yaman tur atır bu çarx. Ya birini dolayır, ya digərini. Acı, zülm, qəddarlıq, vəhşilik canıma yetib artıq. Və bir də ki verilən yalançı sözlər.
Müharibələri sevmirəm, onlara nifrət edirəm, onları törədənlərə də bir o qədər. Bunu yaza bilməyəcəyəm, bu yazını istədiyim kimi, bacardığım kimi yaza bilməyəcəyəm. Elə bəzən olur ki sözlər insanın boğazında düyümlənib qalır və hətta gözündən yaş çıxmasa boğacaq səni, bax eləcə də bu klaviaturada sözlər hislərin əsiri olub barmaqlarımda düyümləniblər. Amma, barmağım necə ağlasın ki, boğulmasın, rahatlasın. Yox, çatdıra bilmərəm keçirdiyim hissləri.
Bir il daha ötdü tariximizin qanla yazılmış səhifəsindən. Bir il daha ötdü azadlığımızın təməlini atmış şəhidlərimizin şərəf günündən…
Yenə ürəkdə hüzün, yenə gözlərdə yaş, yenə dillərdə dua axın etdi xalqımız and yerinə…
Ilərin məngənəsində azalmaq bilməyən, usanmaq bilməyən insan izdihamı bu gün də ilk günki kimi qibləgahına tələsdi.
Yenə unutmadıq zamanın amansız gününü…
Bir il daha ötdü…
Böyümədi daş şəkilərdəki uşaqlar, qocalmadı cavanlar, ölmədi ixtiyarlar, bilinmədi kimlikləri naməlum olan məlumlar…
Çox soyuq bir səhər idi.
Qonşu kənddə yerləşən məktəbə bircə avtobusla getmək mümkün idi ki, ona da gecikmişdim və gözüm yol boyunca həyətlərdən boylanıb üstümə hürüşən köpəklərdə qala-qala qarı, palçığı bir-birinə qarışmış bir neçə km yolu piyada getməli oldum…
Birinci dərsin başlanmasından 10-15 dəqiqə keçmişdisə də, bütün məktəbdə qəribə bir canlanma vardı. Şagirdlər sinif otaqlarını dağıdır, müəllimlər isə elə müəllimlər otağındaca toplaşıb qapını bağlamış və sanki oradan çıxıb dərslərini demək fikrindən daşınmış kimiydilər.
Years ago Soviet troops invaded Baku, and, by night, committed slaughter among peaceful defenseless population on the streets of the city. 170* people were killed - children and old people, men and women. Herewith the name-list of those people; all of them died the same time - January 19-20, 1990 (Gara Yanvar)
http://www.azadtribun.net/Turkce.htm
1 Abbasov Sabir Rzagulu oglu (1965)
2 Abbasova Farida Nariman gizi (1952)
3 Abdullayev Eyyub Mahmud oglu (1967)
4 Abdullayev Tariyel Hajibala oglu (1965)
5 Abdullayev Zahid Abdulla oglu (1959)
6 Abduyev Tariyel Orij oglu (1949)
7 Abilhassanov Ilgar Yusif oglu (1967)
8 Abulfat Mirjamal Mirsaleh oglu (1958)
9 Agahusseynov Agahassan Yarig oglu (1957)
10 Agahusseynov Nuraddin Aslan oglu (1951)
11 Agaverdiyev Aslan Alikram oglu
12 Ahmadov Ilgar Humbat oglu (1965)
13 Alekberov Azer Nasib oglu
14 Aleskerov Zaur Rasim oglu (1969)
We were gathered in the square of Azadliq
We had the same wishes and hopes
Our hearts were beating with the love of frredom
But the enemy’s shooting dyed our heart with blood.
The enemies wound Azerbaijan that night.
The walls and stones of this city shook
The mornings tears were like blood
The unbending city bent its head
For the victims of that night
For the Azerbaijan which wept that night