Xəyalə Abbasova-”Daş”
Gözümdən yaşlar daşaca
Mən öləndə daş olacam,
Böyüyəcəm dərdim kimi,
Qəbrimdən daşlar daşacaq.
Anam,məni çağırma!
Boylanıb arxamca
yüyürən səsə,
Tövşəyə-tövşəyə,
nəfəs-nəfəsə,
Dığarlana-dığarlana,
Əyri-üyrü küçələrin
Gözümdən yaşlar daşaca
Mən öləndə daş olacam,
Böyüyəcəm dərdim kimi,
Qəbrimdən daşlar daşacaq.
Anam,məni çağırma!
Boylanıb arxamca
yüyürən səsə,
Tövşəyə-tövşəyə,
nəfəs-nəfəsə,
Dığarlana-dığarlana,
Əyri-üyrü küçələrin
Desələr kimdi bu məzlum, böylə,
Can verib isti qum üstə üşüyür.
Əli övladı Hüseyndir söylə,
Həsən ibni Əlinin qardaşıdır.
De ki, Zəhranın ürək parəsidir,
Musatafanın gözünün nurudu de.
De ki, hər çarəsizin çarəsidir,
De ki, məzlum deyil o, bir ağadı.
Sən şəhərin bünövrəsi,
Mən isə kəndin kəsəyi.
Böyun on altı mərtəbə,
Mənimkisə kiçik koma.
Nə olsun ki,mən şəhərdə böyüyürəm
Sən isə kənddən gəlirsən.
Sən bir məkanın qisməti,
Mən bir qismətin isməti.
Yazsaq bunları tərsinə,
Ya üzü astar olacaq,
Ya astarı üz olacaq.
Nə olsun ki.
MƏN SEVƏNDƏ
MÖVSÜMLƏR DƏYİŞİRDİ BİR BİR
ƏN BİRİNCİ-QIŞ
SONRA SEVİNCİ OLDUM
MÖVSÜMLƏRİN BİRİNİN-QIŞIN
ELƏ YAXINLAŞDIQ Kİ MÖVSÜMLƏRLƏ
NƏ VAXT BAĞLANIİM BİRİNƏ
ÖZÜM DƏ BİLMƏDİM-QIŞA
Bu gün ayın ikisi…
Bu gün mənim ad günüm!
Hamı gəlibdir bizə,
Həe yerə qar yağıbdır!
Düşündürür hər kəsi-
Keçmir mənim şad günüm?!
Deməsələrdə üzə,
Gözlər məndə qalıbdır!
Dərdimi qara dedim,
Özümə öz ad günüm
Eylədim qara dedim,
Matəm etdim şad günüm!
Ikimizçün.
Bu dünyanın
Bir məni var bir də səni.
Onları yox.
Bu dünyada məhəbbət var,
Xəyanət yox.
Bu dünyada dostluq var,
düşmanlıq yox.
Bu dünyada gözəlliklər əbədidir.
Bu dünyada başlanğıc var,
Yoxdur sonluq.
Nənəm demiş,götür bir qırmızı onluq,
Gedək arzu bazarına.
Xocalı faciəsinə göz yuman hər kəs,nəinki ermənistan,kor gözlərini açmalı və nankor ermənilərdən yox, Azərbaycan xalqından üzr istəməlidir!
Mustafa Kamal Atatürk:”Binlerce çaresiz ve suçsuz ana ve şocukları işgenceyle öldürmüşlerdi.Tarihte benzeri görülmemiş olan bu vahşeti yapan ermenilerdi”
Kəfənlənmiş meyid kimi dəhşət saçır göz yaşları qizcığazın,
Qılınc kimi iti,kəskin sual dolu baxışları qizcığazın,
O,dilənir körpəlikdən həyatını məhv edəcək,
Inanmıram məhşər günü tanrım bizi əhv edəcək.
Gecələrin rəngi kimi bəxtinə bax qizcığazın,
Işləməkdən qabar olmuş əlinə bax qizcığazın,
O əllər ki,saç hörməyə,gül dərməyə yaraşardı,
Bu körpənin körpəliyi körpəliyə yaraşardı.
Dadaş:
İçib eşqin şərabın surəti məna görürəm,
Öylə məstəm ki, bütün gerçəyi xülya görürəm.
Əvəz Qurbanlı:
Yumuram göz – yuxuda bəlkə görəm üqbanı,
Məni-bədbəxt elə röyada da dünya görürəm…
Əşrəf:
Xəlq içində açılıb sirri-nihanın, ey dil,
Görürəm halını, ey aşiqi-şeyda, görürəm!
Sənin görüşünə məni kimsə yox,
Məni hüzuruna məndir gətirən.
“Səni tapan nəyi itiribdi ki,
Nəyi tapıbdı ki, səni itirən?!”*
Mən də bu tezliklə ölərdim amma,
Günahdan ölməyə etdim tərəddüd.
Mənim ölümüm də bir doğuluşdur,
Ölüm günüm də ki, yeni təvəllüd.
Pəncərə-pəncərə böyüyən şəhərin
Küçələri addım-addım kiçilən adamlarla dolu.
Qartopu baxışları atır bir-birinə,
rastlaşan gözlər.
Qızışır
yaxın dodaqlarla qulaqlar arasındakı söz tenisi.
Çalınır
Çoxunun içindəki dərdinin “do” notu.
Ölmüş ümüdlərini daşıyan adamların
Çiynindən asılıb yellənir qolları.
Bilmirəm hansı söz xətrinə dəydi,
Hansı söz qan soran zəli kimiydi.
O anda bilmirəm səbəbi nəydi,
Ağılsız ürəyim dəli kimiydi.
Sən küsmə küsərəm özüm özümdən.
Bəlkə də o sözü udqunub udsam,
Qəlbində cicəklər əkərdim inan.
Mən səni incidən o sözü tutsam,
Lap dar agacına cəkərdim inan.
Sən küsmə küsərəm özüm özümdən.